Həyatımda yeni fəsil

Hər insan bir cür dəli olur. Mən də özümə görə bir cür həşəratam. İndi yazdığca yadıma düşdü ki bu yazı 2014-cü ilin ilk yazısıdı. Və məncə yaxşıdır ki belə bir yazı ilə ilimi açıram, gec də olsa. Amma gec olmağ heç olmamağdan yaxşıdır deyirlər. Düz deyirlər. Bunu yazmağa çoxdan qərar vermişdim amma tənbəlliyimin uc batından və universitet dərslərinin əlindən imkan tapmırdım. Küçədə qulaqcılarla qəmli mahnılara qulaq asıb gəzənlər, avtobusda fikirli əyləşənlər, gələcəyin düşünüb yalnız qaranlığı görən insanlar…Bir bura baxın!

Kimi ailəsində olan problemlərə görə əsəbləşir, kimi maddi baxımdan, kimi onu nə vaxtsa sevgilisi atıb deyə uzunmüddətli, el arasında “lomka” adlanan quyuya düşür, kimisə bu cür lomkadan sonra içkiyə, siqaretə əl atır, kimi monoton həyat yaşayır, kimi həyatın yola verir, kimi yola verilir, kimisə özünə yaxın bildiyi insanları itirir… Nə bilime hər cür hadisə olur. Əsas odur bu cür hadisələrdən sonra öz başını itirməyəsən. Özünü, öz mənliyini və ən əsası özünə güvəni.

 

“Güvəndiyim dağlara qar yağdı” deyirlər. Hə nə olsun? Qar gec-tez əriyib gedəcəkdə, uzağ başı ucunda biraz qalır buzlaşma gedir o da yüksəklik artdığca ərimə daha da çətinləşir. Buna bir quş qoyaq.

Söhbət bundadır ki hər zibilə görə ürəyinizi sıxmayasız. Diqqət edin, mən “zibil” dedim. Yəni, lazım olmayan, mənasız və atılmalı olan bir varlığa görə. Əsas odur kitabınızda düşən mürəkkəb ləkəsindən sonra yeni bir fəsil aça biləsiz, necəki mən bunu indi edirəm.

Əvvəlki fəsillərə baxdıqda görürəm və anlayıram ki həyat mənə necə gözəl anlar bəxş edib, necə gözəl insanlar gətirib hədiyyə olaraq. O insanların mənə dediyi sözlər fikrimcə dünyada ən bahalı brilliantdan da dəyərli bir hədiyyədir. Yadımdadı, cəmiyyətin şüuru çökdüyü anda mənə bir yaxın dostum demişdi: “Sən axına qarşı get, həmişə. Onlar axınla gedirlər, onlar mövcuddu, amma sən yaşayırsan”…

Və ya host-bacımın mənə Amerikadan qayıdan günü dediyi sözlər: “Həyatda səni nə xoşbəxt edirsə onu et, digərləri getsinlər özlərin avtobusa çırpsınlar”(İngiliscə: Do whatever makes you happy, everything else can get hit by the bus). Yaxın dostumun və hətta bir ailə üzvü kimi sayılan Maykın “Silly things happen, dude!” deməsi…

Çalışın həyatın gözəlliklərin görəsiz. Hətta göy qurşağının 7 rəngindən 5-i digər 2-sindən qat-qat parlağdı. Yaşayın, yaşadın, sevin, sevilin, gülümsəyin, güldürün və ən əsası həmişə irəli addımlayın, people!

Hər qaranlıq gecədən sonra mütləq işıqlı səhər gəlir! 🙂

Love & Peace,

Nazrin Avie

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s