Belə bir əhvalat…

Həyat bir zebradır deyirlər. Belə ağ-qara zolağlarınan. Deyirlər qara zolağdan sonra mütləq ağ gəlir. Bilmirəm bu deyilənlərə inanım ya yox amma məndə deyəsən zebranın yerinə başqa bir canlıdır….ya da bəlkə bir əşya.

Ola bilər dalmatindir…  Yada şedevrin bitirməmiş rəssamın əlindəki qara boyalı fırçadan üzərinə qara ləkələr düşən ağ vərəq? Gedirsən ağ həyat küçəsində birdən qara çuxur. Biraz balaca olanda üstündən hoppanıb keçə bilirsən, dərd yarı. Həəə gəlki indi bu qara çuxur biraz böyük oldu, sonra böyük, lap böyük…eləsi olurki üstündən hoppana bilmirsən. İki yol var: ya çuxura düşüb küçənin ağ hissəsinə çıxasan yada düşməmiş ağ künclərlə davam edəsən…Bəs birdən qabağına lap dərin çuxur çıxsa onda necə… Nəmm bəlkə yaxında olan maqazindən ağ boya ilə fırça alıb qara hissələri ağa boyayasan sonrada cibindən Smartphone(heç bir reklam xarakteri daşımır…Bir dəqiqə! Mən nə danışıram?) çıxardıb fonunda sənin boyadığın yer ilə öz selfie şəklini çəkib İnstagram-a atırsan. Bəs…bəs boya ilə fırça almağa pul yoxdusa? Onda gəl belə edəkdə. Ağ hissəciklərdən lövhələr kəsib qara çuxurların üzərinə qoyub o taya keçmək. Başqa yol? Elə etki o qara ləkələr orda olmasın! Bilmirəm nə edirsən et. Amma hamımız insanığ. Səhv etmək də bizim xüsusiyyətlərimizdən biridi… Bir yaxşı tərəf də var. Nə qədər çuxurla qarşılaşıb düşüb çıxsan o qədər təcrübəli ola bilərsən…Amma hər şeyin qədəri var. Mənim həddi, sərhədi, analoqu, ataloqu və hər bir cür -loqu olmayan fantaziyamdan başqa.

Nəisə çox danışdım..Gedim çay içim.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s