“Panyatkalı” cəmiyyətimiz (1-ci hissə)

DİQQƏT! Bu yazıda söyüş-fason zaddar var (indi hamı söyüş sözünə görə marağnan açacaq)

Heç bilmirəm postu necə başlayım ona görə də elə belə başladım. ABŞ-dan qayidandan sonra dərin depressiyaya düşmüşəm ona görəyazmırdım burda. Bildiyiniz kimi mənim də yaralı yerim mentalitetdi. Bəziləri bunu səhv başa düşür. İndi anladacam, gözlərinizi ekrana dirəyin.

Hər dəfə mentalitetdən danışanda hardasa insanların baxışlarından anlayıram mənim haqqımda nə düşündüklərini.

“Mən mentalitetə nifrət edirəm” dedikdə insanlar, əsas da bizim qaqaşlar fikirləşirlər:

-bu qız düşükdü

ya

-gündə bir oğlanla gəzir

ya

-içir

ya

-çəkir

ya da

-yuxarıda sayılanların hamısından edir.

Mentalitet və şəxsi fikir tamami ilə fərqli bir şeylərdi. Necə ki “Amerikada təhsil almışam” deyəndə sənə pis baxırlar, bu da belə. Yaxşı bəs bunlar nədən ireli gəlir?

Cəmiyyətdə söz tez yayılır. Stereotipləşmələrin kökü kəsilməyəcək, ay brat. Hansısa mədəniyyətsiz, səviyyəsizin biri xaricdə təhsil alın gəlib elə həmin insan olursa vay millətin halına. “Aə qaqaş bi dəə bomba qızdarnan fırranıb şelləndim ki” ya “Ala bir bomba civilər gördüm gəl görəsən” ya “Ala gündə barlarda idim, yeyib, içib kef edirdim alaaa” ya da “Braaat, kayfarik idi gəl görəsən”.

Hə indi bunu eşidən millət gələcəkdə öz övladların necə buraxar xaricə? Əsas da daş düşür qızların başına. Mən bütün qızların da tərəfin tutmuram. Qələt etmişəm bir dəfə feministlik etmişəm indi də deyirlər ki sən yalnız qadınların tərəfin tutursan belə helə… Nəisə…

Yəni sözümün canı ondadır ki ay bala, ay uşağ, ay qız, ay oğlan, ay yetim insanın özündən asılıdı. Mən xaricdə təhsil almışam deyə əxlaqsız olmayacam ki, ay brat! Ya da ki lap istəyir alkoqol içən olsun, siqaret çekən olsun. Bu hər hansı bir insanı cəmiyyətdə pis etmir. Sonrasıda ki axı bunun sizə nə dəxli? Hər insan bu həyatda özünə görə cavabdehlik daşıyır. Sizə nə ay millət?

Advertisements

2 responses to ““Panyatkalı” cəmiyyətimiz (1-ci hissə)

  1. hmm men bunu oxudum bawa duwdum ki siz bura qelende bele problemleriniz var…tessuf edirem…amma azerbaycanin deyiwmesi ucun hele cox vaxt lazimdi…size ise meslehet qorerdim ki ureyinize salmayasiz…size onuda deyim ki hami hele deyil.. sadece butun fikirinizi verin yaxwi insanlara..

    • Xeyr, menim shexsen bele bir ciddi problemim olmayib, buna hech ciddi problem demek olmaz. Men problemleri olan insanlara baxib yazmisham bunu

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s