Bir FLEX 20 tarixçəm

Belə deyimdə. Post-lara sadə, primitiv adlar qoymağa başlamışam. Hərdən qrammatik cəhəddən quşlayıram 😀

276976_111575605615528_1661508384_n

Yadımdadı FLEX 20 qaliblərinin və onların valideynlərinin birinci görüşü olanda, orda sadəcə Fatyanı tanıyırdım. Kənanı orda gördüm, sakit belə uşağ idi, Emini gördüm deyəsən birdə Firuzə və Narmin(Saşa) yadımdadı. Emin, Firuzə və Narmin birinci mənə biraz özlerindən razı görsəndilər amma sonradan tanıdım və amerikanlar demişkən figure out etdim 😀 Bu görüş belə getdi.

Sonra mən Kənan və Eminlə danışmağa başladım Feysbukda və Skaypda. Sonra İbrahim Hüseynov adlı bir şəxs mənə dostluğ göndərdi 😀 Qısaca, belə tanımırdım, sonradan mənə dedi və yadıma düşdü ki, bu oğlanı mən American Councils ofisinə application-u verməyə gələndə görmüşəm. Belə iki metr aralığda bir birimizlə söhbət etdik 😀 O, hələ 3-cü turun imtahanın verməyə gəlmişdi. Sağ olsun rəhmətlik Bob Marley kömək oldu ona 😀

Belə bakıda görüşdük Kənan, mən, Emin. Yadımda idi, Koreya konserti olacağdı, Koreyalı ifa edənlərin məşqlərinə getmişdim, dəvət etmişdilər. Hələ ora getməmişdən qabağ mən American Councilsdə birinci dəfə Kənanla, sonra isə Eminlə görüşəcəkdim. Kənan məni görən kimi, qabağıma qaçdı, mənim kimi arığ olsada, qucağına götürüb, fırlatdı 😀 Yəni mən bunu ondan gözləmirdim amma bir dost tərəfindən sevildiyimi hiss etdim. Belə danışdıq lomka falan haqqında. Sonra Emin gəldi, onu metrodan qarşıladıq. Yeni kamera almışdı. Mənə də üzük almışdı. Hələdə qalıb məndədi. O biri üzüklərimi bura gələndə itirdim amma o Emin verən üzük hələdə qalıb. Belə yeyif işdik 😀 Sonra kenan və Emin dedilərki mənə halal olsun 😀 Çünkü “özümü ağıllı göstərməyə cəhd etmirəm, və kimsə söyüş söyəndə vecimə deyil”. Sonra Aydanı çağırdıq gəldi belə Shamrock kafesində cheeseburger yedik, Aydan Kola içdi. Emin də hamımızın Kolasından içdi 😀

Fotolar çəkdik, qayıtdıq.

 

Belə çox zaddar yadımda qalıb, lomka vaxtlarimiz, Emin eşqə düşmüşdü.Elə orda uşaqları daha yaxından tanıdım. Kənanla dahada yaxın dost olduq. Yəni canımızı verərdik, belə dost idik. Axırıncı gündən qabağkı gecə hamımız lomkada idik. Bilmirdik nağayrax. Ağlayıb elədik. O günün səhəri Kənanla dəniz qırağında tək oturub söhbət etdik. Ağladıq.

Sonra belə Amerika səfirliyinə imtahan verirdik Viza almaq üçün. Hamımız olmasaqda, çoxumuz getdik gəzməyə, yeyif içməyə 😀 Belə yaxşı gedirdi, özümüz getdik belə  Park Bulvara. Yedik gəşəng və FLEX dondurması yaratığ, KFC dondurmasının içinə kartof və ketçup əlavə edəndən sonra bir mənasız “marojna”. Sonra hamı getdi, mən, Kənan, Firuzə qalmışdı. Getdik dəniz qırağında oturub hamımız ağladıq. Ondan qabağdaki İbrahimi tam lomkadan çıxartmışdıq Abunan 😀 Amina da maşallah İbrahimə bütün metro çıxışlarını fırlatdı 😀

Alesyanında TADAM-ı yadımdadı 😀 Gəşəng alınırdı onda. Azərbaycan dilində qız “sökürdüdə”

Aydın yadlmda sakit uşaq kimi idi amma FB-də söhbətləşmişdik belə altdan kəsən qurda oxşayır 😀 Zarafat. Yaxşı insandi 🙂

Emildə elə özünü sakit göstərməyinə baxmayın. Onun canında çox zad var 😀 Naxçıvan prikolumuz hələdə yadımdadı. Amma onun da xətrin çox istəyirəm.

Emin belə sözü fikirləşmədən deyəcək. Söyüşkəndi onu deyim 😀

Fəridə bilmirdimki FLEX-i keçib, xəbərim yox idi ki GLOW düşərgəsindən məndən başqa kimsə keçib.

Aydan… Aydanla lap yaxın PDO-dan sonra olduq. Yəni belə ən yaxın dostlarımdan biridi. Çolpadı o, çolpa 😀 Belə özümüz dərtləşirik nəsə olsa. Neftçala söhbəti yadımdad. Aydan birinci dəfə mənə yazanda demişdi Neftçaladandı, sonra bildimki okazımıçka məni aldadəm 😀 Mırtdıdaaa o da 😀 Tanışlığımızda elə bir mənalı şəkildən başladı.

Orxanı  PDO-başlayandan bəri “oğlum” deyə çağırıram, o da mənə “mama” deyir 🙂 O ürək uşağdı, heç kimin xətrinə deyməzş Az deyir amma saz deyir.

Kamran və Əbulfəzdə ürək uşağlardı ikisidə 🙂 Adama dəstək verərlər. Kamranı biraz hissiyatlı kimi tanıyıram. Nəsə olsa o dəqiqə hansısa FLEX hadisəsin yadına salıb, danışacaq.

Elşən. “Nə olsun ki dənizə peşkom gedirik, zato Nabrandayıq”, bu sözün hər dəfə yadıma salanda gülürəm. Ad günü hədiyyəsi, panda, əsl mənə aid olandı 😀 Özünlə Amerikaya gətirmişəm.

Eltacdan çox söz deməyəcəm. Onu görəndən bəri başa düşdüm ki bu elə mənim dostum olacağ. İkimizdən dəliyik. Bunu avtobusda gedəndə Kənan demişdi 😀 Biz mentalitetli qaqaşlarıq 😀

Fatya, heç bilmirəm nə deyim. Yeni il lomkasına düşmüşdük ikimizdə. Fatyanı lap əvvəldən tanıyırdım, ortağ məşquliyyətimiz blogging idi. Sevirem onuda.

İbrahimlə SMS-lərimiz yadımda idi. Toska, palit zad sözlərin ondan öyrənmişdim. Belə zəng edəndə, mən otboy verib özüm zəng edirdim 😀 O uşağ mənə həyat dərslərin öyrədirdi, hərdən bir dərtləşirdik.

Firuzə, bratdı o da. Candı, ürəkdi, böyrəkdi 😀 Sən brat vaşe sökürsən 😀 Sənidə like-layıram. Ala lesbiyan zad deyiləm haa 😀

Nicat da ürək qaqaşdı. Tamada bəyimiz, yoqaçımız. “İçimizdeki kötülükleri atalım” Nicat 😀

Məryəm, yadımdadı, çətin seçim etdi. Onun uçuş günün dəyişmədilər, və iki seçim arasında qalmışdı: Amerika və TQDK. Amma bunada çükür Məryəm, sən məndən də arığqsan 😀

Təhminə ilə ilk dəfə valideynlər görüşündə tanış olmuşdum. Orda bildim ki o da Naxçıvandandı.

Nərmini uçuşda tanıdım. Belə mırt qaqaşdı o da 😀 Həri qaqa, həri.

Mədinəni, Turanı, Cəmili, Təngizi, Nadiri, Valeriyanı və Şükürü elədə yaxşı tanımadım.

Amina, səndə GLOW-dan olmusan qadan alım. Belə deyif-gülənsən qaddan alım səni də LİKE edirəm 😀

Yusif, qaddan alım, sənin Şəkili aksentinə heyranam, yaxşı qaqaşsan 😀

Belə. Qayıdanda bizi bizdən başqa başa düşən olmayacaq. Ona görəndə bir birimizin dəyərini bilək. Hamınızı sevirəm

Hörmətlə

Nəzrin, FLEX 20

Advertisements

2 responses to “Bir FLEX 20 tarixçəm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s