Mamam

Həəə…Bilmirəm, deyəsən postlarımı həmişə bu sözlə başlayıram məndə beyini dağıdıram eyni sözlərnən 😀 Üzr istəyirəm buna görə. 1 həftədi bu postu yazmağ haqqında fikirləşordom. Krovatda (Azərbaycanca yadımnan çıxdı, pay atonnan) yata bilmirdim, o yana bu yana çevrilib elə hey fikirləşirdim. Dedim əşşi yoxee yazajam! 😀

 

Yazını mamama həsr edirəm (buna görə də üzr istəyirəm, ana sözün xoşlamıram). Bəli, mamama yada belə uzun cümlə ilə desək məni bu dünyaya gəlməyi məcbur edən şəxsə 😀 Yox əşşi nə məcbur etmək, xoşdu. Gəlməsəydim, daha doğrusu gətirməsəydilər,  indi etdiyimi etməzdim, olduğum yerdə də olmazdım, dahi fikirlərdə mənim gözəl beynimə gəlməzdi 😀 (belə pis çıxmasın, çox təvazökaram :D). Elə yazıya belə möhtəşəm ad fikirləşirdim amma dedim elə ən sadəsi yaxşıdı, belə yüngülvari 😀

 

Bu mamadan, məncə, Azərbaycanda yoxdu. Yəni mən bu qadına heyranam. Ya bu başqa planetdən gəlin, yada nəbilime. İndi bir iki zad yazacam.

 

Deməli bu qadın ingilis dilin el arasında dediyimiz kimi semişka kimi çırtlayırdı. O vaxtlar Sovet dövründə bunu xaricə göndərmək istəyirdilər. Rusiyaya özü istəmirdi, Amerikayada getmək olmazdı, kapitalist ölkə idi. Yəni day imtahan verəndədə hamıya kömək edərdi. Mamama “diri, gəzən ensiklopediya” deyirdilər. Yəni artığ savadlığından söz aça bilmərəm. Onu gərək özünüz bir gün görüb söhbətləşəsiniz. 42 yaşı olmağına baxmayaraq, hələdə kitab oxuyub, dünyanı öyrənir, yəni oxumaqdan doymurda bu adam. Polşa dilin öyrənir və ingilis dilini dahada möhkəmlədir.

Vaxtını qabağlamışdı. Heç o dövrdəki oğlanlarıda bəyənmirdi 😀 O vaxtı qızlar hind aktyorlarının filmlərinə baxanda, mama Amerikan filmlərinə baxırdı.

Bu qadın yəqinki Azərbaycanda yeganə liberal qadındır. Bu insan Allaha inanır, amma başqa dinlərərdə hörmət edir öz dininə hörmət etdiyi kimi. O insanı ürəyinə görə və fikirlərinə görə dəyərləndirir. O həmişə deyirki “Hamının səhvi olur və ideal heçnə yoxdur”. O heç vaxt heç kimin qeybətin qırmır. Ona pislik edənlərində əksinə heç vaxt dalınca danışmır, qarşılıqlı pislik etmir.

Bunu yazının ingilis versiyasında yazmayacam amma Azərbaycan versiyasında qeyd edim. Geyimi dəhşət sadədi. Məhəllədə o danışanda ona dəli deyirlər hərdən və hətta nənəm qonşularnan mamamın dəliliyinin qeybətin qırırdılar və nənəm kinayə ilə onun haqqında danışırdı. Yəni bu cür batağlığda mamam dözüb və öz bildiklərin mənə ötürüb.

42 yaşı var amma dəhşət cavan görsənir və bizim mamli matan qadınlardan deyil 😀 Demək olar ki üzünə kosmetika vurmur, toya gedəndə zərli “qastyum”, qızıl heç taxmır, geyimidə hamıdan fərqlənir çünkü dəhşət sadə geyinir 🙂

Bir gün Pink aksesuar butikinə getdik mamamla. İçəri daxil olanda elə aksesuarlara baxırdıq. Birdən satıcı bizə yaxınlaşdı və məndən: “Özünüz üçün axtarırsız?” deyə soruşdu, yox cavabı verdim. Birdən dediki “A, bacınız üçün?”. Dedim “Nə bacı?”. “Yanınızdakı bacınız deyil?”. “Xanım yanımdakı mamamdı, 42 yaşı var”. Qız əsl şoka düşdü yəni.

Yəni ən yaxın dostum odur, və heç vaxt məni başqa qızlar kimi ərə getməyə böyütməyib, “camaat nə deyər” prinsipi ilə boyütməyib, “axına qarşı get, və uğursuzluq olanda dayanma” sözləri ilə böyüdüb.

Mən bügünün analarına, mamalarına səslənirəm. Uşağınızı nə çox açıq böyüdün nədə çox bağlı. Uşağlarınızı savadlı böyüdün. Əsas da qızları. Rəhmətlik Hacı Zeynalabdin demişkən: “Savadlı qadın sacadlı millətin təməlidir.”

 

Advertisements

3 responses to “Mamam

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s