Amerika: Feel the difference!

Bakı…..Frankfurt….Vaşinqton….Çikaqo…Kolorado…və budur mən Amerikada öz host-ailəmnənəm.Fəqrliliyi elə Frankfurta gələndə dərk etdim.İnsanlar, davranışlar, mədəniyyət! Amma Frankfurtdan danışmayacam…Avropa elə Avropadı.

Amerika.Kolorado ştatı, Green Mountain Falls şəhərciyi.Host-ailəm və mən.Çox yaxşı qarşıladılar məni host-mamamla host-bacım 🙂

Birinci gün bir az sıxılırdım, mamam (üzr istəyirəm, mən ana sözü yazmıram) üçün darıxdım amma ailəmə bunu göstərmədim.Otağıma gələndə gecə oturub ağladım.Həmdə 1-ci gün idi yəqin ona görə belə olub.2-ci gündən gəzintilər falan başladı.Hətta 1-ci gələn gündən host-mamam məni marketə apardı və dediki “Nə istəyirsən alaq, evdə nə yeyirsənsə onu alaq çünki mən sənin bu evdə darıxmanı istəmirəm, istəyirəm bizim ailədə özünü rahat və xoşbəxt hiss edəsən! Və istəmirəm səndən hər dəfə nəsə istədiyini yada acımağını soruşum, istəyirəm özünü evdəki kimi hiss edəsən!”.Və anladım ki mənim 1 mübadilə ilim çox ə’la keçəcək! 🙂

Feel the difference söhbətinə gəlib çatanda isə…Əlbəttə çoxlu fərqlilik var yaxşı mənada.Fərqlilik deməzdim çünki Amerikadan mən bunu gözləyirdim amma indi situasiyaya uyğun fərqlilik deyək buna 🙂

1) Məni cəlb edən ilk “fərqlilik”.İnsanlar.Gülərüz, mehriban və insana müsbət enerji verən insanlar.Hələ Amerikada hava limanında bunu hiss etdim.Sual verəndə səbrnən və gülərüz qarşılayıb adama insan kimi başa salırlar!

2) İkinci fərq.Yol və yol qaydaları.Demək olar burda bizdə el arasında “avtoş qaqaşlar” adlanan insanlar falan görmədim.Hamı yol qaydalarına riayət edir.Hətta baykerlər! 😀

3) Üçüncü fərq.İnsanların yaşına baxmayaraq hamısının ruhu cavandı.Elə götürüm öz host-nənə və babamı.Məni özlərinən kilsəyə aparmışdılar göstərməyə (Kilsəyə getmək dinini deyişmək demək deyil.Burda bunu desəz sizə gülərləree ay camaat.Bunu əvvəlcədən yazıramki öz “məntiqli və mentalitetli” kommentlərinizi yazmayasınız 😀 ) Bu insanların hardasa 70 yaşı olmağına baxmayaraq özləri ruhən cavandı.Digər yaşlı insanlardada bunu gördüm və əmin edirəm sizi bu insana yaxşı hisslər doğurur 🙂

4) Məktəb.Sizi əmin edirəm.Amerikadakı məktəb sizin kinolarda gördüyünüz məktbələr deyil.Buraq Azərbaycandakı məktəblərdən qat-qat təhlükəszidi və burda direktor “ağa” və ya “boss” rolun oynamır.Burda direktordan qorxmalı deyilsən! Burda direktora hörmət edib öz əməllərinə cavabdeh olmalısan.Direktor uşağlarnan elə öz yaıdı kimi danışır.Tək direktor yox.Elə müəllimlərdə, digər yaşlı insanlarda.İnsanı ciddi qəbul edirlər.Daha bizdəki kimi direktor uşağa “uşağsan, otur uşağ yerində” demir!

5) Beşinci fərq.Alış-veriş mərkəzləri və ya Amerikanların dilinən desək “mall”.Baxmayarağ ki mənim şəhərciyim balacadı, burda meqamarketlər doludu yada burda olmayanda 20-30 dəqiqəlik məsafədə olan AVM-lərə gedirik.Marketlərdə hər cür meyvə-tərəvəz tapa bilərsən.Day bizdəki kimi AVM deyəndə Park Bulvar yada Metropark yada düşmür.

6) Qiymətlər.Burda hər təbəqənin öz maqazini var və onuda deyimki orta qiymətli maqazinlər daha çoxdu.Qiymətlər fərqlidi amma keyfiyyət elə demək olarki eynidi.Burda ucuz olan əşyaya “kitayskıdı” demirlər.

7) Yeddinci fərq.Satıcıların borcu sayılır hər müştərini gülərüz qarşılamaq, ondan hal-əhval tutmaq və razı yola salmaq.Məsələn bugün mən bir butikdə vest adlanan qısa qolsuz pencək gördüm.Çox xoşladım amma bir problem var idiki zamokunun (üzr istəyirəm, Azərbaycanca bilmirəm nədi zamok) yarısı qopmuşdu amma normal bağlanırdı.Başqasın tapa bilmədi satıcı və dediki bunu çox istəyirsizsə biz zamokunun olmamasına görə 10% endirim edərik buna.Ə’la! 🙂

8) Paltarın bahalıdı? Vecimə deyil.Ayaqqabın təmizdi? Vecimə deyil.İnsansan? Buyur gəl! 🙂 İnsanlar bir birilərin neyəsə görə yox sırf insan olduğlarına görə səni qəbul edirlər! Mən oxuduğum məktəbdə mavilərdə var, normallarıda var.Bəlkədə lesbianlarda var amma onların heç kimnən işi yoxdu.Öz işindi qurtardi getdi əsas odur insan olasan.Bizdə elələri var ki natural olub min cür oyundan çıxırlar üzr istəyirəm!

9) Burda paraqrafı, nağılı, dərsi, bütöv dərsliyi əzbərləməyə gərək yoxdu.Burda özün oxuyub öz fikirlərini söyləməlisən.Burda mənasız bir şeyi əzbərləməkdənsə insanın öz daxili düşüncələri, insanın öz dünyası daha üstün tutulur.

10) Sevgili söhbəti.Valideylərin buna normal baxması məni lap çox sevindirir həmdə paxıllığım tutur.Axı niyə bizdə belə deyil?! Məsələ məndə deyil.Çox tanışlarım varki valideynlərinin xəbərləri yoxdu uşağları kimnənsə görüşəndə.Demək olar Azerbaycanda çoxsu belədi.Və insanlar, adamlar, Azərbaycanlılar sizi inandiriram:Amerika filmlərdəki Amerika deyil! Hər dövlətdə, hər millətdə pis insanda var yaxşı insanda var! Elə bilməyinki burda görüşmək artığ öpüşmək və ya sevişmək deməkdir.Hər kəs sevgini başqa cür başa düşür.Azərbaycandada normal adam var Amerikadada! Azərbaycandada düşük insanlar var Amerikadada.Çox xahiş edirəm mentalitet söhbətin ortaya atıb ideallaşdırmayın bizim milləti.

Ardı var amma hələki ağlıma gəlmir heçnə hələki 😦 So sorry about that! 😀 Amerikadakı həyatımnan sizlərnən daha çox paylaşacam! To be continued…

;

P.S.Hərf səhflərim ola bilər, mən Azerbaycan dilinin qrammatikasın yaxşı bilmirəm və tez-tez yazdığıma görədə səhflər ola bilər əvvəlcədən üzr istəyirəm 🙂

9 responses to “Amerika: Feel the difference!

Leave a comment