Azəri toylarından 10+1 “fakt”

1.Gəlinin sifətindən zəhrimar tökülməlidi..Yaxşı, başa düşürəm evdən ayrılır,başqa evə gedir..Bəs toy vaxtı?

Bir gün PCV-dən gələn amerikanlarnan azəri toyuna getdik.5 il toya getməyən Nəzrin amerikanlıların həvəsinə düşüb getdi:D Özümə söz vermişəm bu axırıncı dəfə di.Həmdə ona görə getdim ki məni tanımırlar qoy gedim bir bunlara başa salımda bizim toyda nə var nə yox.Oturduq, gəlin gəldi…Sanyo,Joan və Amanda birdən soruşdular ki bəs niyə gəlin gülmür…Məndə dedim ki evindən gedir ona görə…Sonra getdik şəkil çəkdirməyə.Ondada gəlin gülmürdü.Bir mənim bir Sanyonun birdə Amandanın dişləri bayırda qalmışdı:D Joan özü dedi ki mən azərilər kimi dayanacam və sifəti birdən birə ölü kimi oldu.Görün artıq amerikanlarda nə təəsürat yaranıb…Yenədə soruşdular ki bəs gəlin niyə gülmür fotoda, axı bu onun xoşbəxt günüdü…Məndə dedim ki bizdə belə qəbuldu amma mən bununla razı deyiləm…

2.Gəlinlə və bəy bir birilərinə soyuq davranırlar.Elə bil bir birilərin heç tanımırlar… kukla kimidirlər..sanki bunların hər biri tamam ayrı planetdəndi..

3.Qır-qızıl məsələsi..ən zəhləm getdiyim hissə…Hamı yığışır gəlinin başına ki görək bunun üçün necə qızıl alıblar..baha ya ucuz? Maraqlısıda odur ki hamısının beyni elə bil yaddaş kartıdı,flash drive…Hər şeyi detallarda yadda saxlayırlar.Qızılın nə qədər qaşı olduğundan tutmuş stolun üstündə ki yeməklərə qədər.Sonra da evə gedib “otçot verirlər”

 

4.Hamıda kosmetika bol olur.Crazy make-up…Hamı sifətlərinə 3 qat “şpaklovka” sürtüb zamaskalanıb gəlirlər.Gözlərinin üstünə işıqforun 3 rənginidə sürtüb gəlirlər.

5.Hamı bir-birinə acıq verir.Əsas da qız evi oğlan evinə yada əksinə.Kimdə ən bahalı və ən çox qızıl.Kimin paltarı daha bahalı və daha nələr, nələr..

6.Azəri toylarında adam-insan əlindən tərpənmək olmur.Əvvəlcə maksimum qonaq sayı 300 idi.Sonra qalxdı 600-ə.İndidə elə restoranlar var ki 1000 nəfər tutur.A bala nəyə lazımdı bu qədər qonaq? Kötükcələrinə qədər dəvət edirlər.Maksimum məncə 100 nəfər bəs edər.

7.Toy,Puşkin demişkən, gəlin bazarıdı (ярмарка невест).Qohum-qonşular evdə nə cavan qız var hamısın tökürlər toya.Məqsədləri:öz qızlarına ər axtarırlar.Qızlarda, maşallah, özlərin elə dartırlar ki,o qədər cırırlar ki, elə bil bu qız dünya gözəlidi, Best Modeldi(Best Model-i təhqir etdimsə sorry) Mən demirəm ki, bütün qızlar eybəcərdi.Hər qız özünə görə gözəldi.Sadəcə bizim qızlar “minirlər dağ başına”.Beləcə də qızın qiyməti qalxır olur ağıllı, namuslu qız.Burdan irəli gəlir ki gizli-gizli nə iş görürsən gör amma özünü sakit apar,nazlı ol.Və budur! Sən ən namuslu qızsan.Bir növ belə qızlar içi çürük üstü isə qıp-qırmızı almaya bənzəyirlər.

8.Camaat özünü çömçə kimi atırlar ortaya…Rəqs edib edə bilməyəndə düşür ortalığa oynamağa.O an çox qorxuram.Elə bilirəm ki “tanspol” çökəcək.

9.Yeməklərin bol olması.Süfrədə daha nələr olmur…Adam yeyir, yeyir…axırda da qarın ağrısına düşür, bütün gecəni qalır tualetlə yataq otağı yolunda😀

Özüdə doymurlar ha…

10.Qadınlar və kişilər ayrı oturmalıdır.Niyə? Səbəb? Düzdür, burda bəzi nüanslar var.Qadınların söhbət etdiyi ancaq o olur ki kim kimə ərə getdi, kim bahalı mebel gətirdi, kim uşaq dünyaya gətirdi, kim kimi öldürdü…və s.Yəni ən son məlumatları canlı canlı eşidə bilərsiz burda:D  Son Xəbər, Carçı, Xəbərçi, Növbətçi bunun yanında heçnədilər 😀  Kişilərdə də az deyil.İçirlər arağı bol daha ağızlarına gələni danışırlar, gülünc gülünc söhbət edirlər.Birdə gördün sohbət o qədər uzanır ki gedib çıxırlar XX əsrə.Və hər söhbətlərin axırı dava olur amma hələlik mən bunun şahidi olmamışam.Bəlkədə olub amma mən bilməmişəm çünkü mən azəri toylarına getmirəm.

11.Əslində mən 10 fakt yazmaq istərdim…amma alınmadı.Toyumuzun gözü,nuru..bir sözlə toyu “yola verənləri” tamada və müğənnilət !! “Böyük” şəxsiyyətlər, “dahi” korifeylər! Birdə gördün toyun məzəli yerində tamada bir şe’r deyər, adamın bütün əhval-ruhiyyəsin pozular, beynimizi dağıdar.Rafaellə Coşqun bunu “Bu Şəhərdə:Toy” səhnəsində yaxşı göstərib:D Tamada orda ağzına gələn şe’ri deyir.

Hələ müğənnidən danışmıram.Vaaay! Elə mahnılar oxuyur ki, sözün əsl mənasında ətim tökülür.İndi toylarda mod olan, ən populyar mahnı “Can-cana”.Əvvəlcə “Sarı gəlin” idi:D Görəsən hansı “ağıllı, dahi sənətkar” bu mahnınl yazıb?! Ağzına gələni oxuyur orda.Mənə belə gəlirki bütün  “palatka” müğənniləri yığışıblar və hərəsi ağlına gələn bir sözü deyib.Beləcədə mahnı yazıldı….

P.S.Bir gün sinifmizdə qızlarla yığışıb Novruz şənliyi keçirdirdik.Dance mahnılar qoyub rəqs edirdik.Sonra qızların çox böyük xahişi ilə “Ləzginka” və  “Yallı”nı rəqs etdik.Düzünü desəm yeganə azəri mahnılarıdır ki xoşlayıram..Birdə  “Sarı Gəlin”.Original versiyasın, palatka versiyasın yox:D Nəisə…Qızlar birdən dedilər ki “Sarı gəlini” qoyaq.Məndə dedim ki Sarı Gəlini yalnız professional rəqqasələr oynaya bilər.Cavab belə oldu:”Ay dəli, o Sarı  Gəlin yox ee…Toyda çalınanı !!!”…

Yüksək səs, səviyyəsiz mahnılar.Joangil ilə birlikdə qulaqlarımızı tutmuşduq.Baş-beynimiz dağılırdı.

Daha özünüz nəticə çıxarın…. 


Advertisements

3 responses to “Azəri toylarından 10+1 “fakt”

  1. Yazılış tərzin gözəl, amma bəzi yerlərdə çox tənqid edirdin. Düzdü mən heçdə bizimkilərin etdikləri ilə razı deyiləm, amma hər toplumun öz mədəniyyəti, adət və ənənələri var.

    p.s. Azərbaycan mahnılarından Ləzginka və Yallıdan başqasını bəyənmədiyini dedin. Bu isə heç xoş bir şey deyildi. Mən müasirlik tərəfdarıyam, amma müasir olmaq üçün öz qanımdan olanları tənqid etməklə yox. Sən unutma. Səndə bir Azərbaycanlısan. Bu “post”u başqa dilə çevirib oxuyan sənə Azərbaycanlı kimi baxır və dolayı yolla səni də onların içinə qatır.

    • Ləzginka və Yallı dedikdə mən toy mahnıların nəzərdə tutmuşam.Sarı Gəlin(original), Garagilə və s. milli musiqilərimizidə xoşlayıram.

  2. nazrinka mene hele gelirki sen herweyi duz demisen. niye lazimdi o geder adam? onlar hamisi hele bilirsen ki toya gelirler? onlar orda gelin ve beyi muzakire etmeye gelirler.ay ne bilim oglan qizdan geshengdi, qiz oglandan geshengdir,bunlar bir birini nece tapiblar.yalandan 100000 dene sohbet deyirler.seninlede tam raziyam.muaaaach seni.))))))

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s