15 saniyəlik süküt…

Bu il mənim ən uğursuz ilim olmaq üzrədi… Hər şey bir-birinə qarışdı…
Uğursuzluqlar bu həftədən başladı…

Bəzi dostlarım bilirlər ki mən FLEX-Amerikada təhsil proqramına qoşulmuşdum..keçən il..1-ci tura getdim.Suallar çox asan idi.16 sual var idi.Yazdım və evə gəldim.1 həftədən sonra cavablar gəldi..Çox sevindim çünkü imtahanı keçmişdim! 1 hefteden sonra 2-ci tura getdim..Bu tur deyilənə görə ən çətini idi.Və bu tur iki hissədən ibarət idi:essay və listening section.Bunlarda çox asan idi.Listening section-da hardasa 310 sual var idi(140 və 170).İmtahan 4 saata yaxın çəkdi.1 aydan sonra cavabım gəldi… Bu turuda keçmişəm!Sevincimin həddi yox idi! 15 dəqiqə evdə qışqırırdım… Dedim uje fso…3-cü turuda keçəcəm.Özümə çox güvənirdim.3 cü turada getdim..Bu imtahan 2 gün davam etdi.. 1-ci gün yenədə essay-idi..2-ci gün intervyu yəni müsahibə.Müsahibədə özumu çox sərbəst apardım yəni verilən suallara cavab verdim.Və düşündüm ki həyat doğurdanda superdi.Elə bil göylətdə uçurdum…Özümdə deyildim,gülürdüm hoppanırdım dəli kimi…Dedilərki cavablar apreldə çıxacaq..Şoka düşdüm, çünkü elə bilirdim ki aprelə qədər urəyim partlayacaq.Dözə bilməyəcəm! Apreldə belə gəlib çıxdı..Mənimlə FLEXə gedən dostum zəng vurdu və hönkür-hönkür ağladı.Men heykəl kimi dondum.Əlim əsdi və bədənimdən bir qorxu hissi keçdi..Birinci dəfə idi ki mən kimin üçünsə belə narahat olurdum…O mənə bacı kimidir və onunla özümü çox rahat hiss edirəm, fikirlərimizin fərqli olduğuna baxmayaraq…O mənə dediki alternativdir, yəni əgər imtahanı keçən uşaqlardan kimsə getməyəcəksə o onun yerinə Amerikaya gedəcək… Onu sakitləşdirdim, dedim bundan da pis ola bilərdi o heç keçməyədə bilərdi.Əlimdən gələni etdim ki o sakitləşsin…

Sonra mən FLEXin ofisinə zəng etdim yəni American Councils-ə.5 dəfə zeng etdim amma cavab verən yox idi…Sonra yolda məşqələyə gedəndə yolda yenədə zəng etməyə cəhd etdim.Bu dəfə cavab verdilər.Adımı dedim.Dedilər siyahıya baxaq sizə zəng edərik.Həyəcanlı idim…Elə bil bu dəqiqə yolun ortasında qışqıracam…sonra qanad açıb göyə uçacam…Amerikaya..uzaqlara..
sanki qəfəsdən çıxmış bir bül-bül kimi…hər saniyə yolda telefona baxırdım..inanmarsız, hər saniyə! Bir tərəfdəndə yalvarırdım ki keçənlərdən biri getməsin, çünkü mən istərdim ki rəfiqəm də mənimlə olsun..Düzdü, biz bir-birimizi sadəcə bir gün gördük..amma mən onunla nəsə bağlılıq hiss edirəm…çox istəyirəm o rəfiqəmi.Mənə elə gəlir ki onu illərlə tanıyıram..
Mərkəzi küçəyə çatdım…Və nəhayət zəng gəldi! 5 ay gözlənilən zəng! 5 ay həsrətin çekən zəng! 5 ay! Kiçik rəqəm deyil..demək asandır.. Zəngə cavab verdim təxminən belə bir dialoq oldu:

-Alo?Bəli?
-Xanım, sizin adınızı tapdıq siyahıda…..
15 saniyə süküt oldu.Ürəyimin döyuntülərin eşidirdim, ətrafımda kı insanları görmürdüm, eşitmirdim… lal,kar, kor kimi idim…amma xaricən çox sakit idim… Şəlalə kimi..Uzaqdan baxanda sakit görünür amma yaxınlaşanda suyun təzyiqli şırıltısı eşidilir…
-Təəsüf edirəm xanım, siz keçməmisiz….
-Ok.Oldu xanım.Sağolun…
Nəsə hiss etdiz yəqinki…Reaksiyam çox sakit oldu…Yəni siz indi elə bildiz ki mən ya qışqıracam yada NİYƏƏƏ??? deyəcəm, amma … bü cür olmadı…
Rəfiqəmə zəng etdim, oda mənim cavabımı gözləyirdi…Cavabı eşidəndə ağladı NƏ? dedi…mən yenədə sakit dayanmışdım… Birdəm rəfiqəm ağlamağa başladı NİYƏ BELƏ??!! deyə-deyə ağlayırdı…O mənim keçməyimi gözləyirdi…və heç inanmırdı…Onun ağlamağın eşidəndə mənidə ağlamaq tutdu…Məndə ağlamağa başladım…

Bilirəm, deyəcəksiz ki neyə lazımdı ağlamaq? boş ver getsin… buna görə adam ağlayar..Amma siz özünüzü mənim yerimə qoyun…bilirəm ki bu sözü deməyimi də gözləyirdiz amma 1 dəqiqəlik düşünün…Düşünün ki, sərçəni azadlıqdan məhrum edildi… eləcədə mən Amerikada təhsildən məhrum edildim..
Amma mən bir yerdə dayanmayacam.Sona qədər vuruşacam və Never say never! deyəcəm…həmişə… Və öz rafiqəmə uğurlar arzulayıram..və çox ümid edirəm ki o gedəcək..çünkü bu onunda arzusu idi…
Bəziləri kimi sizdə düşünərsiz ki Amerikaya azadlıq üçün gedirlər, təhsil üçün yox….Amma bizim üçün bu heçdə belə deyil.Biz oxumaq istəyirik, təhsil almaq istəyirik…Bizim arzumuz sadəcə bundan ibarət di…
Öz rəfiqəmədə bunu demək istərdim:Əzizim, bir yerdə dayanma, keçməsəndə dayanma…axıra qədər vuruş! Fikirləş ki bundanda çətini ola bilərdi… Kstati, Amerikaya gedəndə mənim üçün ordan Amerikanın gözəl çəkillərindən gətir 🙂

Səni çox istəyən Avi ❤

10 responses to “15 saniyəlik süküt…

  1. Gel evvelden başlayaq.Seninle ilk görüşümüz belke heç vaxt yadimdan çıxmacaq.Yadinda bizim ikimizede yer yox idi ve sonra bir partada oturduq.Bizim interview tariximiz,vaxtimiz ve grupumuz bir düşdü.Evə gedəndə çox sevindim,ki orada tek olmayacam.Bununla bizim ani ve çox möhkem dostluğumuz başladi(belke neçe illər dostluq eləyənlərde belə alinmaz).Dostluğumuz barədə çox danişa bilərəm amma bilirəm sən özün hamısı yaxşı bilirsən.Bu gün bizim heyatımızın ən çətin günlərindən biri idi.Xəbəri eşidən kimi birinci sənə zəng elədim,çünki insanı onula eyni situasiyada olan hamıdan yaxşı başa düşə bilər.Əvvəl çalışdım sakit danışam və səni kədərləndirməyim,amma özün bilirsən bu alınmayan bir şeydi.Səninlə danışarkən ağladığıma ğörə özümü bağışlaya bilmirəm!Amma sən məni sakitləşdirdin və mənim tək təsəllim səndən alacağım xəbər idi.Sən mənə zənğ eləyəndə ürəyim az qala dayanmışdı.Sənin cavabını eşitdim və özüm hiss etdiyim zərbədən artiğını aldım.Qulaqlarıma inanmaq istəmirdim və ancaq bir sualım var idi “Axı niyə?”.Bilirəm , ki cavabını da heç kim bilmir…Bundan sonra Flex gözümden lap düşdü!Alternativ olmaq mənim üçün çox pis haldı(baxmayaq bəziləri təbrik edir buna görə),çünkü özümü lazımsız kimi hiss edirem.Prosto sənsiz ləzzət qalmadı.Məsləhətinə ğörə çox sağol,dediyin şəkillər isə milyonu sənə dəyər!Hələlik sözlərimi burda qutarıram,amma sənə olan sözlərim heç vaxt qutarmayacaq.
    Səni səndən az istəmən rəfiqən.
    P.S sehvlərim olsa sorry.bilirsende rus dilinə ğörə!

  2. teshekkur edirem.. menimde belkede burda chox sehvlerim var..chunku mendede azeri dili elede yaxshi deyil…teshekkur ediremki varsan ve meni basha dushursen… :*

  3. Ne za wto.Amerikaya getsemde , getmesemde dostlugumuzun hech vaxt pozulmasini istemirem!Love u forever!)))))))

  4. tehsile gedirik azadliga yox:)))
    gulmeli oldu:)
    amerika azadliqlar olkesidir. sen ordasansa, demeli azadliqlarin qucagindasan.
    diger terefden ise azadliq nedir? ingilisce “liberty”. “liber” latinca nedir? – “kitab”. “library” nedir – “kitabxana”. hiss etdin? kitabxanaya latincada azadliqxana deyirler, yani liberty-xana. oxuduqca azad oluruq. savadsiz, instinktlerle idare olunaraq azad olmaq yox, mentalitet kimi zencirlerin kolesi olmaq mumkundur. tehsil aldiqca, oxuduqca, mutalieni artirdiqca azadligin daha da artacaq. o da ki ola, amerika tehsili:) yani en yuksek tehsil, yani en chox azadliq:)

  5. Hami Amerikanin nece demokratik ve azad olke oldugunu chox yaxwi bilir.Sadece orada olarken o azadliqdan kimin nece istifade etmesinden sohbet gedir(gelin razilawaq ki hami Amerikaya tehsil uchun getmir).Mence Nazrin bunu qeyd etmek isteyirdi.

    • Beli.Men bunu nezerde tutmushdum.Bizim bezi “muasir” gencler azadlig sozun duz basha dushmurler.Teshekkur edirem podrujka:)

      Zaur,fikrinize gore teshekkur:) Men bizim o “muasir” genclerden behs edirdim:)

  6. Bu duyğuların hamısı mənə çox tanişdır. Sadəcə ” Hemin refiqe”-ni çıxmaqla. Amma mən bu il imtahan vermədim və “never” də demədim. dedim” bəlkə də bir gün daha yaxşı və maraqlı bir yolla gedərəm Amerika -ya” Ya da qismət deyilmiş deyib keçmək də olardı. Amma ən əsası mən özümü o zaman daha kiçik sanırdım və sanki gedərsəm “qanadı qırılmış və öz yuvasından ayrılmış bir quş” kimi hiss edəcəkdim özümü. Amma zaman həqiqətən də insanı dəyişir. İndi özümü daha güclü hiss edirəm. Deyəsən getməməmiyim mənə daha çox faydası oldu. Bəlkə sizə də belə olar.
    P.S insan bir şeyi həqiqətən də istəyərsə o şey mütləq gerçəkləşir. never loose your hope…Və sonda bu commentim əslində sizə yox həm də neçə vaxtdır özümə belə etiraf edə bilmədiyim duyğularım imiş. Thanks 🙂

    • Bu pozitiv kommentə görə təşəkkür:) Buyurun:)
      Sizdə FLEXə imtahan vermisiz?
      Həmin refiqəni çıxmaqla ifadəsini başa düşmədim:) izah edin plz.

  7. Mənim rəfiqələrimin hamısı keçmişdilər. Və mən tək qalmışdım. Mende sizin rəfiqəniz kimi ALternativə düşən yox idi:)))Amma deyəsən belə daha yaxşı oldu. Əldə etdiklərimizlə yetinməyi bacarmalıyıq:)

Leave a reply to nazrin_avi Cancel reply