Ali təhsil və qızlarımız

Allah sənə rəhmət eləsin, Mirzə Fətəli.Sən hələ 2 əsr bundan öncə qızlarımızın, qadınlarımızın cahilliyinin nəyə  gətirib çıxardığını yazmışdın.Bu problemi qaldıran ilk adamlardan biri sən oldun.”Müsyö Jordan və dərviş Məstəli şah” əsərindəki qadın obrazları buna parlaq nümunədir.Amma görkəmli maarıfçi haradan biləydi ki, 21-ci əsrdə də bu problem aktual olaraq qalır.Etiraz edə bilərsiniz.Hətta misallar da gətirə bilərsiniz: ali məktəblərdə təhsil alan qızlarımız, işləyən qadınlarımız, dünya üzrə uğur qazanan alim, elmlər namizədi olan qadınlar, ictimai təşkilatda işləyən qadınlar.Razıyam.Amma bunlar barmaqla sayılasıdır.Çox azdır.

Və bunun günahı qızlarımızın öz üzərinə düşür.Fikir verin, ali məktəblərdə oxuyan qızlarımızın 80%-i diplom xətrinə oxuyur, başqa sözlə desək cehizlik diplom hazırlayır.Belə qızlar savada barmaq arası baxır.Çünki bilir ki, diplom alandan sonra ailə həyatı quracaq və diploma ehtiyac olmayacaq.Yox, yox, o işləyəcək, amma necə ? Vaxt keçirmək üçün.

Burada Hacı Zeynalabdinin sözləri yada düşür:”Gözəl təhsil almayan qızdan – yaxşı ana olmaz”.Heyf ki, indi Hacı kimi adamlarımız azdır.20-ci əsrin əvvələrində Bakıda qızlar məktəbi açan Tağıyev məhz bu məqsədi güdürdü:savadlı analar.İndi məktəblərdə oxuyan qızlarımızın yarısından çoxu 9 il sürünür və attestat alıb, üzr istəyirəm, boş-bekar otururlar evdə.Sabah bu ana övladlarına nə oyrədəcək? Axı dövlətimizdə təhsil üçün hər bir imkan var.Doğrudur, bəzən bu qızlarımızın təhsildən kənarda qalmasında özləri yox, valideynləri günahkar olur – “Qız nədir? Oxumaq nədir? Qızın işi ev işlərin görməkdir; ərə getməkdir!”. “Ölülər” əsəri yadınızdadır? 9 yaşlı Nazlının artıq ərə getmək vaxtının çatdığını deyən atası kimi.

Bilirsiz, elə belə cahil qızlarımız da sonra fırıldaqçı “mollaların” qurbanı olur (ANS-dəki süjet yəqin ki yadınızdadır). Ali təhsil, savad insanın dünya görüşünü artırır, inkişaf etdirir.Nədənsə kişilər bunu başa düşmür.Qadının 2-ci dərəcəli bir varlıq olduğunu düşünür.Maraqlısı budur ki, qadın bu taleyi ilə barışır, buna baş əyir.Ona görə də gərək qadınların fikirləri kökündən dəyişsin.Qızlarımız savada, ali təhsilə yalnız  “cehizlik diplom” üçün deyil, özləri üçün yiyələnməlidirlər.Və ölkəmizdə sıravi müəllimədən tutmuş orta təhsilli evdar xanıma kimi hamı öz hüquqlarını bilsin, övladlarına da elmə hörmət, maraq aşılasınlar, daha M.Ə.Sabirin şe’rindəki kimi yox:

Evimizdə var idi hər nə desən:

Qatıq, ayran ilə qaymaq, nə yesən!

Nə bilirdik nə zəhrimardı kitab?

Biz olan evdə haçan vardı kitab?

Büsbütün gül kimi insanlarıdıq,

Nə müəllim və nə dərs anlardıq;

Dəftərin andıra qalmış sözünü

Eşidib, görməmiş idik üzünü.

Böylə bir tərbiyəli evdə mudam

Bəslədiz mən kimi bir sərvi-xuram!

Vay o gündən ki, məni ad elədiz,

Elə bildiz də ki, dilşad elədiz;

Mən də sandım ki, dönüb bəxtəvərə, –

Gedirəm bir nəfər insanə ərə!

Nə bilim böylə də insan varmış,

Şəkli-insanda da heyvan varmış?!

Ər oxurmuşda, yazarmışda, atam!

Ər deyil, möhlik azarmış da, atam!

Bizim evdə baxasan hər tərəfə _

Taxşaya, boxçaya, ya kim, irəfə –

Görəcəksən bütün işqabda kağız,

Kasada, nimçədə, boşqabda kağız;

Yığılıb dağ kimi hər yanda kitab,

Evdə, dəhlizdə, hər yanda kitab…

Deyirəm, ay kişi, gəl bir özünə,

Bu nə işdir,a kül olsun gözünə!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s