Qızlar və internet klub

Yazımı bir neçə həftə əvvəl mənim başıma gələn bir hadisə ilə başlamaq istəyirəm.Keçən ilin son ayında bizim rayona Sülh korpusundan nümayəndələr gəlmişdi.Bizim rayona da 2 amerikalı könüllü təyin olunmuşdu: Joan və San-Eou.Onlar bizimlə tanış oldular,söhbət etdik və söhbət əsnasında rayonda internet klubla maraqlandılar…

Əlbəttə ki “Var” deyə mən cavab verdim.San-Eou və Joan məndən xahiş etdilər ki, onları internet kluba ötürüm.Mən tərəddüd etdim.Onları internet klubun qapısınadək ötürdüm.Onlara dedim ki mən içəri keçə bilmərəm.Sual dolu baxışlar mənə tuşlandı-” Niyə?”.Mən necə başa salaydım ki, internet kluba gedən qız artıq tərbiyəsiz, damğası vurulan qız idi.Arxasınca istehzalı baxışlarla baxan, şübhəli pıçıltılar eşidilən bir qız idi.

Görəsən o adamlar başa düşmürlərmi ki, “internet” yalnız “mail” ,”tanışlıq” ,”çat”dan ibarət deyil. “İnternet” dünyaya, elmə açılan bir pəncərədi.Onlara bunu izah etmək mümkün deyil.Çürük, özünə kök atmıç fikirləri bir gündə silib yox etmək olardımı? Xeyr! Əcnəbi dostlarımın yanında çox utandım.Siz onların üzünün ifadələrini görsəydiniz…Elə bil kəşf olunmamış bir adaya – sivilizasiyadan uzaq bir qəbilə içinə düşmüşdülər.Bax onların baxışları bunu ifadə edirdi.Biz həmişə dünyadan yaxşı şeyləri deyil, pis şeyləri daha tez qavrayıb gotürürük.Heç olmazsa, olmazdımı ki,qızlar üçün də məktəbdəmi , məktəbin yaxınlığındaçı bir internet klub açılsaydı.Bu sözləri yazanda lap özümü hansısa ərəb ölkəsində hiss etdim.Üzümü qızlara tuturam.Bəlkə onların içində “Almazlar”, “Sevillər” kimi ilk qaranquşlar olacaq.Və bu məsələdə qəti addımlar atacaq?…. Gözləyək…Bizə yalnız  gözləmək  qalır… 😦

Advertisements

24 responses to “Qızlar və internet klub

  1. men bu yuxarda yazuilan fikirle razi deyilem..hele gor azerbaycanda qizlar ucun internet klub yoxdu qizlar bu oyunu cixardillar indi gor olsa ne olar!!!eger qizlar internete heqiqetende nese oyrenmey meqsedi ile girseydiler indiye azerbaycanin her bolgesinde qizlar ucun internet klub coxdan acilardi..demeli meslehet deyil..ele bele olsa yaxwidi.

    • buyurun.bu sizin fikirdi.. men ozum kimi qizlardan danishiram..qalanlari meni maraqlandirmir…oz ishleridi ozleri bilerler… men azadligdan danishiram ozbashinaligdan yox!! poymite nakonec!!!

  2. yeni men interneti sevgi uchun yox bloglar uchun yada dersler uchun istifade edirem…ve elbetteki dostlarimla elaqelerimi saxlamaq uchun:)

  3. iw orasindadiki men hec sizide tanimiram ve nece bir insan oldugunuzu deye bilmerem..ozude ki qizlarin 95%-i interneti chat meqsedi ile istifade ediller..ona gorede uzumuze gelen 20 ilde qizlar ucun internet klub meslehet deyil!!

  4. teshekkur edirem fikrinize gore.
    birce onu deyim ki agilli ele agilli galacag… chatdan istifade etsede… terbiyeden kenar qalanlar ise chatdan istifade etmeselerde ele terbiyeden kenar qalacaqlar.

  5. anadan dogulanda hec bir insan terbiyesiz dogulmur..hamisi yavaw yavaw pozulur ..fikir verme hamisi zemanedendi!!!

  6. men size demedimki siz nesiz hec men sizi tanimiramdaki sizin haqqinizda nese daniwim prosta dedimki vezyet beledi!!!)))

    • aha.zaqatala o vaxtdan ele inkishaf etmishdi:) sen orda yashayirsan? menim mamamin qrup yoldashi ordandi:)

      p.s.rain’s princess menim uchun dedin yoxsa ozun uchun caniko?:DD zarafat edirem:D

  7. Men ele indi bu commenti internet klubdan yaziram.Bizim PCVler klubu 1 saatliq qizlqr ucun baglayiblar.Sansliyam deyilmi?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s