Ana dilimizi sevək ,sevdirək

Mən burada ana dilimizin şirinliyindən, gözəlliyindən danışa bilərdim.Amma yox.Yaxşısı budur  şirin dilimizi zibilləyən ,onu pis günə qoyan telekanallardan danışaq.

Xəbər proqramlarını bir kənara qoyaq, onlar barəsində heç bir şey deyə bilmərəm.Xəbər proqramlarının aparıcıları doğurdan da təqdirə layiqdir.Amma  başqa verilişlərə gəldikdə isə…

Televizoru açmağa peşman olursan .Efirdə nə qədər  çeşid-çeşid ləhcələr, şivələr eşitmək olar? Elə bil qrammatikadan hansısa lektor dialektlər mövzusunda leksiya söyləyir: qadan alım, bajı, gələsiyəm , gedəjəm, heyləmi və sairə. Siz elə bilməyin ki mən dialektlərin əleyhinəyəm,  xeyir.Onlarin öz şirinliyi, öz ahəngi var. Bəzi yumoristik verilişləri duzlu –məzəli edirlər.Ancaq bəzən bu ləhcələr yerli-yersiz işlənəndə artıq şitləşir. Əvvəlki diktorlar, aparıcılar yada düşür.Onların natiqlik bacarığı, dilimizin incəliklərinə bələd olmaları adamı heyran edirdi. Əminə Yusif qızı yadınızdadırmı? Onun oxuduğu şerlər sərin su kimi adamın ürəyinə yayılırdı. Hamı ədəbi dilin sirlərinə bələd olmağı, məşhur aktyorlarımız  kimi sənətkarcasına dilə yiyələnməyi arzulayırdılar. Ələsgər Ələkbərovun Otellosu haqqında danışmaq istəyirəm.

O vaxtlar bir məşhur xarici tənqidçi bütün dünya  üzrə Şekspir  əsərlərini tamaşaya  qoyan

teatrlar və Otello rolunun ən yaxşı aparıcıları haqqında yazmaq istəyir.Avropanın bir çox adla deyilən teatrlarında olur. Bu siyahıda Bakı dram teatrınında adı var idi. Həmin tənqidçi Ələkbərovun oynadığı “Otello” tamaşasına da baxır və ölməz sənətkarın oyununa heyran olur.

Onu xüsusilə Ələkbərovun səsi nitqi özünə valeh edir.

Bəs indi? Bizim gənclər müəyyən verilişlərdən    ləhcələri təqlid edir, zarafatyana bu şivə ilə bir-biriylə   danışırlar.Bu bizim dağ şəlaləsinin şırıltısına ,yarpaqların xışıltısına bənzəyən gözəl dilimizin ahəngini pozur, ona  bayağılıq gətirir.

Gəlin dilimizi qoruyaq! Meşə bulaqlarının suyu kimi  təmiz olan dilimizi əcnəbi sözlərlə, yerli-yersiz ləhcələrlə bulandırmayaq.

Dilimizi belə ünsürlərdən xilas etsək, onda dilimizi həm özümüz sevər ,həm də başqalarına sevdirərik. 🙂

Advertisements

2 responses to “Ana dilimizi sevək ,sevdirək

  1. Gözəl mövzudur! Bunlar hamısı telekanallara bir qurum tərəfindən nəzarət olunmamasından irəli gəlir. Kimi gəldi efirə buraxmaq olmaz axı! Efirə çıxan şəxs öz ana dilində təmiz danışmalıdır, ən azından ona milyonlar baxır!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s