Mən kiməm?

Çox fikirləşdim…Nə yazım? Nəydən yazım? Kimdən yazım? Və belə qərara gəldim ki, xoşladığım şerləri post edim…Buyurun baxın, fikirlərinizi bildirin… 🙂

Mən kiməm? Bu sualı

Hər il ad günlərimdə

öz-özümə vermişəm

Cavab tapa bilməyib

Bu sualın önündə

Başımı endirmişəm.

Mən kiməm?

Mən nəçiyəm?

Eşqim, diləklərim nə?

Niyə gəldim dünyaya,

Bu dünyada yerim nə?

Sağ ikən də bilmirəm

Ölüyəm, diriyəm mən?

Əvvəlini, sonunu

Dərk etməyən, ən adi,

Kəslərdən biriyəm mən.

İmkanla arzuların

Arasmda vurnuxan

Saat kəfkiriyəm mən.

Zamanın dəhrəsilə

Qanadlı arzuları

Budanan bir bəndəyəm.

Mən bir üzü ağamsa,

Bir üzü şərməndəyəm.

Mən özümün düşməni!

Hər gün çəkir çarmıxa

Öz içimdə mən, məni.

Mən özümçün həmişə

Baxdıqca sirri artan

Müəmmalı şəkiləm.

Özümə ittihamçı, özgəsinə vəkiləm.

Bildiyim bu qədərmiş

Məni məndən gizlədən

O suallar hədərmiş.

Bəxtiyar Vahabzadə

İyun, 1999

Sizə indi diyorlar: – Çıxınız bu örtüdən,
Qovunuz üzünüzdən bu mə`lum buludları.
Bunların fərqi yoxdur acı bir üzüntüdən,
Parçalayıb yırtınız bu köhnə yadıgarı.

Bu xitabı bəlkə siz xoşlayıb bəyəndiniz.
Qəlbinizdə titrədi şəfəqlənən arzular,
Bə`ziniz də çarşafı yandırıb sevindiniz,
Fəqət bunu başında daşıyan daha çox var.

Bir çoxu anasından, bir çoxu babasından
Qorxaraq bu çizgini sürükliyor peşincə.
Bə`zi əskidən əski olan əqrabasından
İstəmiyor eşitsin hər ağız sözü, məncə.

Yaxşı qız! Bəlkə sən də utanaraq məhlədən
Vida etmiyorsın o zülmətin övladına?
Qorxmadasın bir xətər toxunar qanadına,
Fəqət bu deyil bizə yaşayışı öyrədən.

Qaya uçdumu, əlbət, toz qopacaq yerindən,
Buludlar sıxılınca ildırımlar guruldar.
Qoy onlar nə der desin, sənin əməllərində
Möhtəşəm dənizlərin çiçəkləri parıldar.

Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra
Şərqin qaranlıq, siyah mühitindən toxunmuş.
Aləm dəyişmiş indi, o Şərq hara, sən hara?
Mərsiyəsi o Şərqin çünki çoxdan oxunmuş.

Təbiidir ki, ay qız, yaz ayları gəlincə
Yarpaqlanıb pərdədə qalmaz örtülü qönçə.
Rəvamıdır yurdunun açıq bir səhərində
Dalğalansın bir bahar buludu gözlərində?!

Həyatın səslərindən kəsb edərək iqtidar,
Bu qaynar məmləkətdə qoş, oyna, sıçra, hayqır!
Onsuz da həyat adlı, çəlik barmaqlı ruzgar
Başınızdan çarşafı götürüb qaçacaqdır.

Mikayıl Müşfiq

1928

 

Olduqca qayğılı, olduqca qəmli,
Sadə mənzərəli, sadə görkəmli
Yalnız ağac baxır bir dağ başından.
O hansı əyyamın iğtişaşından,
Hansı zəlzələdən olmuş müztərib?
Düşünür təklikdə sanki bir qərib.
Sarmış çevrəsini inadlı bir çən,
Danışır haqqında hər gəlib keçən. Sanki fələklərin fırtınasından,
Bir yavru ayrılmış öz anasından.
O, yoxsa kimsəsiz bir çobanmıdır?
Sürüdən ayrılan bir ceyranmıdır?
Sularda, dəhşətli göy dalğalarla,
Atəşin zərbəli qasırğalarla,
Sarsılan çarəsiz bir yelkənmidir?
Onun gözlərində həyat şənmidir?
Bu yanda səfalı qalın bir orman,
Yaz olsun, qış olsun, gülür hər zaman.
Quşların nəğməsi, suların səsi,
Ətirli güllərin sərin nəfəsi
Davasız dərdlərə gizli əlacdır.
Məni düşündürən yalnız ağacdır.
Zavallı qardaşım! Böylə keçərsə,
Əbədiyyat sənə qanad da versə,
Səndən qalmayacaq nişan dünyada,
Dirilik eşqilə coşan dünyada.
Bir tufan qopacaq, saralacaqsan,
Bir şimşək vuracaq, qaralacaqsan.
Başında oynayıb qəm buludları,
Sökəcək bağrını ölüm qurdları.
Mən də sənin kimi yalnız ağacdım,
Təklikdən usanıb axırda qaçdım.
Qəlbimlə, ruhumla qoşuldum elə,
Düşüncəm sakirdir o gündən belə.
Bax, indi mən hara, yalnızlıq hara?
Azad fikirlərə, azad quşlara
Qəlbimin hər gözü bir aşiyandır,
Bədbəxt bu dünyada tək yaşıyandır!

1936

 

 

Advertisements

6 responses to “Mən kiməm?

    • Salam Anar. Bele bloq duzeltmek uchun sayt,ar chox var. Men wordpress.com-da duzeltmishem ammablogspot-da var. Umid edirem sualiniza cavab vere bildim

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s