Məktəb həyatı:kitab problemi(!)

Artıq 2 aya yaxındır ki,məktəblər qapılarını bizim üzümüzə açıblar.Uzun istirahətdən sonra məktəblilər yenidən parta arxasındadırlar.Biz dərs ilinin başlanmasına sevinirdik.Amma sevincimiz uzun çəkmədi.Yenə problemlər,çatışmamazlıqlar….

 

Rayonumuzun bir çox məktəbləri kitab problemi ilə üzləşib.Müəyyən siniflərdə kitablar çatışmır.Xüsusilə 5-ci sinifdə vəziyyət acınacaqlıdır.Hələ bu harasıdır…5-8 həm azərbaycan həm də rus sektorlarında rus dili kitabı çatışmır.Deyə bilərsiniz ki,rus dili vacib bir dərs deyil.Amma nəzərə alsaq ki,rus dili xarici dil kimi qəbul testlərinə salınıb,belə deməzdiniz.İndi deyəcəksiniz ki,günah direktorlar da yada kitabxana işçilərindədir.Heç də yox!Direktorların göstərişi ilə çatışmayan kitabların siyahısı tutulub.RTŞ-də bu tələbnamələri təhsil nazirliyinin müvafiq şöbəsinə göndərib.İndi 2 aydır ki gozləyirik,amma 1 xəbər ətər yoxdur.Şagirdlərdə cana yığılıb.Axı nə vaxtadək 10 uşaq(!) BİR kitabla dərs keçər?Nə vaxta qədər səbr edək?

Hələlik bu kitabların taleyi bizə məlum deyil…

13 responses to “Məktəb həyatı:kitab problemi(!)

  1. Nəzrin, canım əvvəla səni bloquna görə təbrik edirəm. Yaşının az olmasına baxmayaraq, yazında bir çox “böyüklərə” nisbətən daha səlis cümlələrdən istifadə etmisən və orfoqrafik qaydalara da riayət etmisən. Sən öz yaşıdlarından fərqli olaraq öz məktəbinin problemlərinə biganə qalmamısan və bunu lazımi yerdə – kütləvi informasiya mənbəyində işıqlandırmısan. Afərin sənə! İnanıram və ümid edirəm ki yaxın zamanda məktəbiniz kitabla təmin olunacaq! Allah dərslərində zehin açıqlığı versin!

  2. Siz də niyə səbr edirsiniz ki? Yandırın məktəbi :D. Ciddi olsaq təhsil sistemində yalnız kitab problemi olsaydı dərdimiz heç olmazdı. Çünki bu problem qısa zaman ərzində həll edilə bilər. Korrupsiyanın içində az qala boğulan Vətənin təhsil sistemində problemlər yalnız bununla bitmir. Problemlər kökdədir. Kök xəstədir. Ondan başlamaq lazımdır.

  3. bilmirem ilk blogundur ya yox.amma ugurludur
    bu bir baxiwdan olan sozlerimdi:)
    diger meseleye geldikde ise uzuldum sizinchun mence tez bir zamanda senin bu yazin tehsil nazirliyinde oxunulacaq ve eksiklikleriniz berpa olunacaq…ugurlar hamiya

  4. nezrin mektebimizin muellimelerinden hechne chixmadi.diyesen bizim kitab problemasini sen hell edeceksen.amma bu il mektebimizde kitab biraz chox idi.sinifimize chatdi axiiii.amma yenede bashqa sinifleride dushunmek lazimdi.her iw onsuzda rus sektorunun bashina gelir.fikir verirsen kitab ancaq rus sektorunda chatishmir.nezrin sene ugurlar.opuldun

Leave a comment